Cəbrayıl rayonunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu əlamətdar günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün ölkəmizdə də təntənəli şəkildə qeyd edilir. BMT tərəfindən uşaq hüquqlarına dair qəbul edilən konvensiyaya Azərbaycan müstəqillik qazandıqdan sonra qoşularaq, uşaq hüquqlarının qorunması, onların sosial rifahının yüksəldilməsi, təhsil və sağlamlıq imkanların genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində uşaqların hərtərəfli inkişafına xidmət edən çoxsaylı layihələr həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq bağçalarının və sosial müəssisələrin tikilməsi və yenidən qurulması, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək proqramlarının həyata keçirilməsi ölkəmizdə bu istiqamətdə görülən mühüm işlərdəndir.
Respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuzda da 01 iyun 2026-cı il tarixdə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.
Bayramınız mübarək, əziz uşaqlar!






