Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 02 fevral Azərbaycan Gəncləri günü münasibətilə “İstedadlı gənclərə yer verək” adlı tədbir keçirilib

01 fevral 2025 | 12:55

01 fevral 2025-ci il tarixdə Cəbrayıl rayonunda Gənclər günü münasibətilə “İstedadlı gənclərə yer verək” adlı tədbir keçirilib. Tədbirdə Rayon  İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların gənc əməkdaşları, məktəb direktorları, bağça müdirləri, gənclər, qazilər, müharibə iştirakçıları, ağsaqqallar və  YAP fəalları iştirak ediblər.

 Tədbir iştirakçıları əvvəlcə “Gənclər günü”nün təsisçisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

4 saylı qəsəbə klubunda baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoş arzularını bildirib. Rayon rəhbəri 01 Fevral 1997-ci il tarixdə Heydər Əliyevin "02 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" imzaladığı  tarixi Sərəncamın əhəmiyyətindən və 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyevin gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında uğurla davam etdirməsindən geniş söhbət açıb.

Digər çıxış edənlər isə ölkədə gənclərə göstərilən diqqət və qayğıdan, aparılan gənclər siyasətindən, həyatımızın bütün sahələrində: ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda atdıqları mühüm addımlar barədə geniş məlumat veriblər.

Tədbir istedadlı gənclərin bilik  və bacarıqlarının nümayişi ilə davam etdirilib.

 

Keçidlər