Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 01 noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub

31 oktyabr 2026 | 12:34

    31 oktyabr 2026-cı il tarixdə 01 noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov aparatın və DAİM-nin əməkdaşları iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək peşə bayramı münasibətilə kənd təsərrüfatı işçilərini təbrik edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm prioritetlərindəndir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu sahənin inkişafına möhkəm zəmin yaradıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət aqrar sektorun müasirləşdirilməsinə, rəqabət qabiliyyətinin artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
    Cəbrayıl DAİM-in direktoru Şahin Şirinov çıxış edərək bildirib ki, kənd təsərrüfatı ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən biri olmaqla, həyata keçirilən islahatlar, dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahəyə dair yeni Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, emal imkanlarının genişləndirilməsi və azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması sektorun uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirir.

Keçidlər