Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonun ümumtəhsil müəssisələrində idman həftəsi keçirilib

04 mart 2023 | 10:12

    “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar 27 fevral – 3 mart tarixlərində rayonun bütün ümumtəhsil müəssisələrində idman həftəsi keçirilib.
    Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib.
    "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Qeyd etmək lazımdır ki, layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

Keçidlər