Cəbrayıl rayonu “Yaşıl dağ” ekoloji sosial aksiyasına öz töhfəsini verməkdə davam edir
29 iyul 2024 | 11:06
Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planının 4.8-ci bəndinə uyğun olaraq kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə, ekoloji balansın saxlanılmasına nail olmaq məqsədilə “Yaşıl dağ” ekoloji sosial aksiyası çərçivəsində 2 tona yaxın istifadə olunmuş kağız tullantıları toplanaraq Salyan Regional “Asan Xidmət” mərkəzinə təhvil verilmişdir.