Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon şagirdləri “TEENEAGLE” Beynəlxalq İngilis dili yarışmasında qızıl və gümüş medal qazanmışlar

08 avqust 2022 | 18:01

Cəbrayıl rayonunun Qaracallı kənd sakini, 14.02.2008-ci ildə Bakı şəhərində anadan olmuş, “Bakı Atatürk Liseyi”nin 8-ci sinfində təhsil alan Hüseynli Bəyaz Zakif qızı və rayonun Safarşa kənd sakini, 25.08.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Akademik M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin 10-cu sinif şagirdi Həsənquliyeva Cəmilə İbadət qızı 2022-ci ilin fevral ayında Bakı şəhərində keçirilmiş “Teeneagle” Beynəlxalq İngilis dili Olimpiadasında iştirak etmişlər. Bəyaz Hüseynli qızıl, Cəmilə Həsənquliyeva isə gümüş medal qazanaraq 2022-ci ilin avqust ayında Böyük Britaniya və Şimali İrlandiya Krallığının London şəhərində keçiriləcək Beynəlxalq Olimpiadanın final mərhələsinə vəsiqə qazanmışlar.

31 iyul – 07 avqust 2022-ci il tarixlərdə Böyük Britaniya və Şimali İrlandiya Krallığının London şəhərində keçirilmiş final yarışlarında Bəyaz Hüseynli qızıl medal, Cəmilə Həsənquliyeva isə fəxri medal, sertfikat və mükafat əldə etmişlər.

Bəyaz Hüseynli və Cəmilə Həsənquliyevanın da daxil olduğu Azərbaycanlı məktəblilərin, Londonda nüfuzlu ali təhsil müəssisələrindən olan Oxford Universitetində, dövlət atributlarımızı başlar üzərinə qaldırmaları və “Can Azərbaycan” nəğməsini 30 ölkə təmsilçiləri qarşısında səsləndirmələri hamımızı sevindirdi, qürurlandırdı.

Qazandıqları bütün naliyyətlərə görə Bəyaz Hüseynli və Cəmilə Həsənquliyevanı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.

 

         

Keçidlər