Cəbrayıl rayon məktəbləri arasında ,,Nə? Harada? Necə?" intellektual yarış keçirilmişdir
10 may 2022 | 17:18
09 may 2022-ci tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Cəbrayıl Rayon Təhsil Şöbəsi və Xudafərin Gənclərin İnkişafı Hərəkatının birgə təşkilatçılığı ilə Cəbrayıl məktəbliləri arasında ,,Nə? Harada? Necə?" intellektual yarış keçirilmişdir. Yarışda 1 saylı tam orta məktəbin “Dostluq” komandası 1-ci, Akad. M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin “Mehdi Mehdizadə” komandası 2-ci, 8 saylı tam orta məktəbin “Çinar” komandası 3-cü yerə layiq görülmüşlər. Qalib komandalar kubok və sertifikatlarla təltif ediliblər.