Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev vəfat edib

11 noyabr 2026 | 17:53

Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kollektivi Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyevin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, Cahangir Eldar oğlu Alıyev Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bərdə və Tərtər rayonlarında uzun müddət İcra və Probasiya Şöbəsində icra məmuru, 02 aprel 2025-ci ildən Tərtər rayon İcra və Probasiya Şöbəsinin, 30 aprel 2026-cı ildən isə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışıb. Ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin.

Keçidlər