Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib

05 avqust 2023 | 09:15

    04 avqust 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi 20 ünvanında yerləşən Cəbrayıl Rayon İcra hakimiyyətinin qərargahında rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Aparatın məsul işçiləri və rayon sakinləri iştirak ediblər.
    Görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətinin mühüm məqamlarından, Azərbaycan həqiqətlərini dünyaya bəyan etməsindən, Azərbaycana qərəzli mövqeləri ilə fərqlənən bəzi dövlət başçılarını, beynəlxalq qurumların rəhbərlərini susdurduğundan danışıb. Rayon rəhbəri ölkədə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində işğaldan azad olunmuş rayonlarda yeni infrastruktur layihələrin həyata keçirildiyini, abadlıq-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.
    Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumlara tapşırıqlar verilib.
    Sakinlər qəbuldan razılıqlarını bildirib, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər