Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar görüş-qəbul keçirib

26 sentyabr 2022 | 17:47

    26 sentyabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Spartak” düşərgəsində fəaliyyət göstərən rayonun F.Əsədov adına Quycaq kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri və rayon sakinləri iştirak ediblər.
    Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə keçirilən tədbirdə çıxış edən rayon rəhbəri Möhtərəm Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən söz açaraq bildirib ki, bu gün ölkə rəhbərliyinin apardığı siyasət nəticəsində dünyada gedən mürəkkəb proseslərə, iqtisadi böhrana baxmayaraq Azərbaycan inkişaf edir, ölkəmizdə stabillik və əminamanlıq qorunub saxlanılır. Respublikamız bu gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir, energetika sektorunda nəhəng layihələr həyata keçirilir, sosial yönümlü islahatlar aparılır.
    İcra başçısı ölkə Prezidenti İlham Əliyevin 21 sentyabr 2022-ci ildə Laçın şəhərində üçrəngli bayrağımızın dalğalandırılmasının ölkəmizin regionda üstünlüyünün daha da artmasının əyani sübutu olmasını söyləyərək, bu tarixi səfər çərçivəsində təməli qoyulan yeni infrastruktur layihələrdən və icrası davam edən digər nəhəng quruculuq tədbirlərindən söz açıb.
Daha sonra sakinlərin müraciət, təklif və şikayətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
    Qəbulda iştirak edən rayon sakinləri müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər