Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər davam edir
İyulun 11-də sakinlərin müraciətlərini araşdırmaq və onları narahat edən məsələləri yerində həll etmək məqsədi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun növbəti səyyar qəbul-görüşü Beyləqan rayonu Qəhrəmanlı kəndində keçirilib.
Rayonun Dağ Tumas kənd tam orta məktəbində təşkil olunan qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Aparatın məsul əməkdaşları və ərazidə məskunlaşmış rayon sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, bölgələrə, eləcə də rayonumuza göstərilən xüsusi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, dövlətimiz istər hərb sahəsində, istərsə də diplomatik müstəvidə gücünü nümayiş etdirib və bu gün də mənfur düşmənin ölkəmizə qarşı təxribatlarına layiqli cavablar verilir. Çıxışı zamanı icra başçısı işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən Cəbrayıl rayonunda aparılan abadlıq və quruculuq işlərindən də danışıb.
Daha sonra vətəndaşları narahat edən məsələlər və müraciətlər dinlənilib. Rayon sakinlərini narahat edən problemlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul-görüşdə iştrak edən sakinlər ölkə Prezidentinə və rayon rəhbərliyinə problemlərin operativ şəkildə həllində köməklik göstərdiyi üçün öz minnətdarlıqlarını bildiriblər.