Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbulu Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 06 iyul 2026-cı il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksində rayon sakinləri ilə səyyar qəbul keçirib. Səyyar qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
İcra başçısı görüş iştirakçılarını ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, əldə edilən yüksək nailiyyətlər və ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrasından geniş söhbət açıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq sahəsində görülən işlərdən, əhalinin köçürülməsindən danışaraq qarşıda duran vəzifələr barədə məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər nəzarətə götürülüb.
Rayon sakinləri müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.






