Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Suraxanı rayonunda səyyar görüş-qəbul keçirib

25 sentyabr 2026 | 16:49

25 sentyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq vətəndaşların müraciətlərinin həlli ilə bağlı Cəbrayıl rayonunda sentyabr ayı üzrə növbəti səyyar qəbul keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun sakinlərlə görüşü Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində fəaliyyət göstərən rayonun Hovuslu kənd tam orta məktəbində baş tutub. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və RİH aparatının əməkdaşları iştirak etdilər.
Sakinləri salamlayan İcra başçısı çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, kənd təsərrüfatı və infrastruktur sahəsində görülən işlərdən, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhalini öz doğma yurd-yuvalarında köçündən, həmçinin əhalini narahat edən əsas məsələlərin həlli ilə bağlı atılan addımlardan ətraflı söhbət açıb. Rayon rəhbəri bildirib ki, sakinlərin rifah halının yüksəldilməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək.
Görüş zamanı rayon sakinləri qaldırdıqları məsələlərlə bağlı narahatlıqlarını, təkliflərini səsləndiriblər və bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
Sakinlər Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafına yönəlmiş islahatlara, xüsusilə dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə, keçmiş məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər