Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 4 saylı qəsəbədə sakinlərlə səyyar görüş-qəbul keçirib

14 may 2026 | 16:04

      14 may 2026-cı ildə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov təsdiq olunmuş qrafikə əsasən 4 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə səyyar görüş-qəbul keçirib. Qəbulda icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və qəsəbə sakinləri iştirak ediblər.
      Görüşü giriş sözü ilə açan rayon rəhbəri sakinləri salamlayaraq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın may ayının 9-da rayonun Şükürbəyli kəndinin açılışında iştirakından və qayıdışla bağlı görülən tədbirlərdən geniş söhbət açıb. Daha sonra icra başçısı qəbul iştirakçılarına “Şəhərsalma və Memarlıq İli” ili çərçivəsində ölkədə görülən işlərdən danışaraq qeyd edib ki, bu il müasir şəhər mühitinin formalaşdırılması, infrastrukturun yenilənməsi və dayanıqlı inkişaf prinsiplərinin daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ilin may ayının 18-də paytaxt Bakı şəhərində keçirilməsi ilə əlaqədar qəbul edilmiş qərarın ölkəmizə göstərilən böyük etimadın göstəricisi olduğunu bildirib.
     Qəbulda rayon sakinləri tərəfindən səsləndirilən təkliflər və problemlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və icrası nəzarətə götürülüb.

Keçidlər