Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Bakı şəhəri, Nərimanov rayonunda növbəti səyyar görüş-qəbul keçirilib

26 avqust 2022 | 16:21

26 avqust 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında növbəti səyyar görüş-qəbul keçirilib.

Görüş-qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon sakinləri iştirak etmişlər.

Rayon rəhbəri çıxış edərək qeyd etmişdir ki, Respublikamızda həyata keçirilən bütün mühüm layihələr, görülən işlər ölkəmizin ildən-ilə artan iqtisadi gücünün hesabınadır. Ölkəmizdə davamlı xarakter alan bu inkişafa Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə nail olunmuşdur. İcra olunan bütün sosial layihələr vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edir. Beş-on il əvvələ qayıtsaq ölkəmizin necə böyük inkişaf yolu keçdiyini aydın şəkildə görə bilərik. Ölkənin hər yerində, bütün sahələrdə inkişaf, tərəqqi var.

İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində azad edilmiş yaşayış məntəqələrində sürətli tikinti-quruculuq işlərinin aparıldığını bildirmiş və əlavə etmişdir ki, bizim üzərimizə düşən əsas vəzifə ölkə rəhbərinin ətrafında sıx birləşərək ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumaq, bu inkişafa töhfəmizi verməkdir.

Sonra rayon sakinləri çıxış edərək onları narahat edən sosial məsələlərlə bağlı təkliflərini səsləndirmiş, həllinə köməklik göstərilməsini xahiş etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər