Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Bakı şəhəri, Nərimanov rayonunda növbəti səyyar görüş-qəbul keçirib

20 sentyabr 2022 | 09:17

   Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında növbəti səyyar görüş-qəbul keçirmişdir.
    Görüş-qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon sakinləri iştirak etmişlər.
  Səyyar görüş-qəbulu giriş nitqi ilə açan rayon rəhbəri sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatdan söz açıb. Vətənimizin bütövlüyü naminə canını düşmən gülləsinə sipər edən və bu yolda şəhid olan oğullarımızın ruhu hörmətlə anılıb, xatirələri bir dəqiqəlik sükutla yad olunub.
    K.Həsənov çıxışı zamanı vurğulayıb ki, Ermənistan anlamalıdır ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, öz müstəqilliyini, ərazi bütövlüyünü təmin edən, özünün suveren hüquqlarını müdafiə edən dövlətdir. Ermənistanın ərazi bütövlüyümüzü tanımaqdan başqa yolu yoxdur. Ermənilər yaxşı bilirlər ki, bu ərazilər onların deyil və heç vaxt da olmayacaq. Əgər belə olsaydı 30 il müddətində bu yerləri talamaz, əksinə, abadlıq işləri görər, qurub-yaradardılar.
    İcra başçısı çıxışında düşmənin talan etdiyi torpaqlarda hazırda sürətli bərpa işlərinin aparıldığını, vətəndaşlarımızın doğma ocaqlarına qayıdış həsrətinin tezliklə sona yetəcəyini, Qarabağ və ətraf rayonların tamamilə gülüstana dönəcəyini qeyd edib. Daha sonra rayon rəhbəri yerlərdə keçirilən görüşlərin məqsəd və mahiyyətindən, vətəndaşların şikayət və müraciətlərinə bilavasitə müvəqqəti yaşadıqları ərazilərdə baxılmasının müsbət nəticələr verməsindən bəhs edib.
    Səyyar görüş-qəbulda iştirak edən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər