Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı 8 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirmişdir

30 avqust 2022 | 17:20

30 avqust 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin  başçısı Kamal Həsənov 8 saylı Cəbrayıl qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir.

         Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, qəsəbə sakinləri iştirak etmişlər.

Qəsəbə klubunda keçirilən səyyar görüş-qəbulda çıxış edən rayon rəhbəri son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən danışmışdır. Çıxışda eyni zamanda şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışılmış, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü vurğulanmışdır.

Görüş zamanı sakinlərin müraciətləri dinlənilmiş, qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Səyyar görüş-qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər