Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı 3 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirmişdir

22 sentyabr 2022 | 17:57

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 22 sentyabr 2022-ci il tarixdə 3 saylı Cəbrayıl qəsəbəsində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib.
     Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, əlaqədar idarə, müəssisə və təşkilatların rəhbərləri, qəsəbə sakinləri iştirak edib.
    Qəsəbə klubunda keçirilən səyyar görüş-qəbulda çıxış edən rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verib.
    İcra başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər davamlı və daha geniş xüsusiyyət daşıyır. Keçirilən səyyar qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik problem belə diqqətdən kənarda qalmır. Təbii ki, görülən bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və bundan sonra da davamlı olacaqdır.
    Daha sonra sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
   Rayon İcra Hakimiyyəti başçısının 3 saylı Cəbrayıl qəsəbəsində keçirdiyi səyyar görüş-qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər