Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra Hakimiyyətinin Bakı şəhərində fəaliyyət göstərən qərargahında səyyar görüş-qəbul keçirilib

06 aprel 2026 | 16:33

06 aprel  2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov təsdiq olunmuş qrafikə əsasən rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən qərargahında səyyar görüş-qəbul keçirib. Qəbulda icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması barədə geniş şəkildə çıxış edib. Bildirib ki, bu il ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla, müasir şəhər mühitinin formalaşdırılması, tarixi-mədəni irsin qorunması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs dövlətin uzunmüddətli inkişaf prioritetlərinə uyğun olaraq, şəhərsalma sahəsində sistemli islahatların aparılmasını və memarlıq fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini təmin edir. Rayon rəhbəri onu da qeyd edib ki, son illər həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, regionların sosial infrastrukturunun yenilənməsi, müasir yaşayış komplekslərinin inşası və işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan “ağıllı kənd” konsepsiyasının tətbiqi Azərbaycanın dayanıqlı inkişaf modelinin uğurla reallaşdırıldığını nümayiş etdirir.

Qəbulda rayon sakinləri tərəfindən səsləndirilən təkliflər və problemlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və icrası nəzarətə götürülüb.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər