Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qərargahında səyyar görüş-qəbul keçirilib

25 may 2026 | 16:48

25 may 2026-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin qərargahında rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov səyyar qəbulda “Şəhərsalma və Memarlıq İli” ili çərçivəsində Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərindən, aparılan bərpa-quruculuq işlərindən, əhalinin rayonun Şükürbəyli kəndinə köçürülməsindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər