Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

31 dekabr 2023 | 12:51

    Əziz Cəbrayıllılar, hörmətli həmvətənlər!

    Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni, 2024-cü il münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı,  ailə səadəti, bol ruzi-bərəkət  arzulayırıq.
    31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu il anadan olmasının 100 illiyini böyük hörmət və ehtiramla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən təsis olunmuşdur. Dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq ölkəmiz bütün azərbaycanlılar üçün doğma Vətəndir. Bu müqəddəs amal dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşdirdi və nəticədə Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsindəki Qələbənin davamı olaraq 19-20 sentyabr 2023-cü il tarixlərdə davam etmiş uğurlu antiterror əməliyyatı keçirməklə dövlətimizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
    Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ardıcıl uğurlu addımlar atılır.
    Ana yurdumuz Azərbaycan regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır. Respublikamızın dünyadakı nüfuzu və qüdrəti günbəgün artmaqda davam edir.
    Ölkəmizin bütün sakinləri kimi Cəbrayıllılar üçün də 2023-cü il uğurlu və yaddaqalan il olmuşdur. Başa çatmaqda olan bu ildə rayonumuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı müxtəlif ictimai-siyasi və mədəni-kütləvi tədbirlər keçirilib. Eyni zamanda 2023-cü ildə doğma Cəbrayılımızda xeyli işlər görülmüşdür. Belə ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında çoxlu sayda zavod və fabrklər tikilir, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil və dəmir yolunun tikintisi başa çatmaq üzrədir,    Cəbrayıl şəhərində 33 yaşayış binası, Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik şəhər orta məktəbi, Horovlu, Şükürbəyli, Xudafərin yeni yaşayış məntəqələri tikilir,      Soltanlı kəndinin isə təməli qoyulub. Ümumilikdə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq 2026-cı ilə kimi Cəbrayıl rayonu üzrə 11 kəndin, 1 şəhərin salınması və 2024-cü ilin yay aylarında əhalinin doğma yurdlarına qayıdışına başlanması nəzərdə tutulur.
    Bu bayram günlərində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir, sağlamlığını itirmiş qazilərimizə isə can sağlığı arzulayırıq.
    İşğaldan azad olunmuş ərazilərimizdə sürətlə davam edən bərpa-quruculuq işləri əminlik yaradır ki, əhalimiz torpaqlarımıza qayıtdıqdan sonra daha yaxşı və firavan yaşayacaq, Cənab Prezidentin ətrafında sıx birləşərək Qarabağımızın və Şərqi Zəngəzurun çiçəklənməsinə öz töhvələrini verəcəklər.
    Bayramlarınız mübarək!


      Cəbrayıl Rayon İcra Hakimiyyəti.

Keçidlər