Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətində rəqəmsallaşma üzrə Yol Xəritəsinin icrasına həsr olunmuş təlimatlandırıcı müşavirə keçirilib

11 sentyabr 2026 | 17:29

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun rəhbərliyi ilə keçirilən tədbirdə RİH aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak etmişlər.
Müşavirədə bildirilmişdir ki, dövlət başçısının Sərəncamının 7.2-ci yarımbəndinin icrasına nəzarət məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Tapdıq Nəsirov məsul icraçı təyin olunmuş, eləcə də Fəaliyyət Planı əsasında Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi hazırlanmışdır. Eyni zamanda, rəqəmsallaşan müvafiq sahələr üzrə cavabdeh məsul əməkdaşlar müəyyən edilmişdir.
Tədbirdə rəqəmsallaşma istiqamətində bu günədək görülmüş işlər təhlil olunmuş, Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsi, habelə göstərilən elektron xidmətlər barədə əhalinin geniş məlumatlandırılması və vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı qarşıda duran mühüm vəzifələr diqqətə çatdırılaraq müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər