Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra hakimiyyətində müşavirə keçirilmişdir

10 mart 2023 | 16:01

   10 mart 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətində cari məsələlərlə bağlı müşavirə keçirilib. Müşavirədə Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, idarə və müəssisə rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Biləsuvar MKİS-nin cavabdeh şəxsləri (sahə nəzarətçiləri) iştirak ediblər.
   Müşavirəni giriş sözü ilə açan rayon rəhbəri yaz mövsümü ilə əlaqədar olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, mövcud sanitar–gigiyenik vəziyyətdən söhbət açıb. Milli bayramımız olan Novruz bayramının gəlişi ilə əlaqədar idarə və müəssisələrdə iməciliklərin keçirilməsi, yol kənarlarında və qəsəbə daxilində mövcud ağacların diblərinin bellənməsi, budanması, ağardılması, suvarılması ilə bağlı tapşırıqlar verib. Barama mövsümü ilə əlaqədar yardımçı tikililərin təmizlənməsi, ağardılması, baytarlıqla razılaşdırılmaqla dezinfeksiya edilməsi aidiyyəti qurumların nəzərinə çatdırılıb. Eyni zamanda rayon ərazisində keçirilən iməciliklə əlaqədar idarə və müəssisə kollektivlərini, qəsəbə sakinlərini iməcilikdə fəal iştirak etməyə çağırıb.

 

Keçidlər