Cəbrayıl Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “İstehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə İctimai Komissiya”nın iclası keçirilmişdir
06 fevral 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Komissiyanın üzvləri, müvafiq dövlət qurumlarının əməkdaşları iştirak etmişdir.
Tədbir iştirakçıları Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində vəfat edənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.
Komissiyanın iclasında ticarət obyektlərində müştəri məmnunluğunun təmin edilməsi, keyfiyyətsiz məhsul satışının qarşısının alınması, süni qiymət artımına yol verilməməsi, saxlama müddəti ötmüş malların satışdan çıxarılması, təmizliyə və sanitar-gigyenik normalara əməl edilməsi, təhlükəsizlik tədbirlərinin gücləndilməsi ilə bağlı sahibkarlar və istehlakçılar arasında maarifləndirmə işləri aparılması ətraflı müzakirə edilmiş, tədbir iştirakçılarının təklif və tövsiyələri dinlənilmişdir.