Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib

02 iyul 2025 | 10:33

    1 iyul 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Zaur Vəliyev və Şura üzvləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Zaur Vəliyev və digərləri çıxış edərək, fəaliyyətini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında davam etdirən İctimai Şura ilə əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün müvafiq işlərin aparılmasının vacibliyindən, ölkəmizdə 2025-ci ilin " Konstitusiya və Suverenlik ili" elan olunması münasibətilə gerçəkləşdirilən tədbirlərin əhəmiyyətindən, rayon sakinlərinin qarşılaşdıqları problemlərdən söhbət açıblar. Qeyd olunub ki, vətəndaşlar tərəfindən qaldırılan problemlər, verilən təkliflər mütəmadi olaraq rayon İcra Hakimiyyətinə çatdırılır və həlli istiqamətində işlər aparılır. Eyni zamanda nəzərə çatdırılıb ki,bu gün də şurada müzakirə olunan rayon sakinlərinin qaldırdıqları problemlərin aidiyyəti quruma çatdırılması təmin ediləcəkdir.

Keçidlər