Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirildi

08 dekabr 2022 | 16:58

08 dekabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib. İctimai Şuranın sədri Hidayət Səfərli çıxış edərək əhali arasında daha çox narahatlıq doğuran məsələlərdən - rayon sakinlərinin işğaldan azad olunmuş doğma yurdları Cəbrayıla səfər etmək arzusundan, hazırda yaşadığımız qəsəbələrdə küçə itlərinin çoxalmasından və qaz limitinin aşağı olmasından söhbət açıb. İclasın gündəliyində olan hər üç məsələ Şura üzvləri tərəfindən geniş müzakirə olunaraq tədbirlər görülməsi barədə aidiyyəti təşkilatlara müraciət olunması qərara alınıb.

Keçidlər