Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirildi
23 may 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Şura üzvləri, idarə və müəssislərin rəhbərləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamından irəli gələn vəzifələr və əhəmiyyəti, rayon ictimaiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili”nə verdiyi töhfə, qəsəbə sakinlərinin problemləri, işğaldan azad edilmiş Cəbrayıl rayonunda aparılan tikinti, bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı və digər məsələlər müzakirə edilib.