Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının yerlərdə əhali ilə keçirdiyi səyyar qəbul və görüşlər davam edir

21 oktyabr 2023 | 12:20

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu 20 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu NZS qəsəbəsi, Zakir Yusifov küçəsi 20, rayonun 23 saylı tam orta məktəbinin binasında keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, RİH başçısı aparatının məsul əməkdaşları, həmin ərazidə müvəqqəti məskunlaşmış Cəbrayıl rayon sakinləri iştirak ediblər.
   RİH başçısı Kamal Həsənov çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
    Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
    Sakinlər son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər