Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyəti 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edir!

07 mart 2025 | 16:54

    Əziz qadınlar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.
    Azərbaycan qadını öz şücaəti, zəkası, cəsurluğu və möhkəm iradəsi ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın, mənəvi dəyərlərinin formalaşmasında və inkişafında onların rolu böyükdür. Ölkəmizdə elə bir fəaliyyət sahəsi yoxdur ki, qadınlarımız orada təmsil olunmasın. Tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllində böyük xidmətlər göstərmiş Azərbaycan qadınları bu gün dövlətimizin inkişafına və yüksəlişinə öz layiqli töhfələrini verməkdə davam edirlər.
    Əminik ki, bundan sonra da qadınlarımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızda bərqərar edilmiş ictimai-siyasi sabitliyin qorunması, xalqımızın daha böyük uğurlara nail olması, dövlətimizin davamlı tərəqqisi naminə öz səylərini əsirgəməyəcəklər.

    Bayramınız mübarək!


    Hörmətlə,
                                                                           Kamal Həsənov

    07 mart 2025-ci il

Keçidlər