Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib

09 sentyabr 2026 | 16:47

09 sentyabr 2026-cı il tarixdə rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştrak ediblər.
İştirakçılar əvvəlcə Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan iclasda İcra Hakimiyyətinin başçısı Kamal Həsənov giriş nitqi ilə çıxış edib. Milli-mənəvi dəyərlərimizin qızıl fondu hesab edilən ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından geniş söhbət açıb. Bildirilib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan rayon rəhbəri Ümummilli liderin ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər birimiz üçün örnək olduğunu söyləyib. Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov nüfuzlu ziyalıları, görkəmli şəxsiyyətləri ilə tanınan və ona doğma olan Cəbrayıl rayonunun ağsaqqalları və rayon sakinləri ilə görüşdən məmnun olduğunu bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu qeyd edib.
Tədbirdə Ağsaqqallar Şurasının illik hesabat məruzəsi dinlənilib. Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov ötən dövr ərzində qurum tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, ağsaqqalların rayonun ictimai-siyasi və sosial-mədəni həyatındakı fəal rolunu vurğulamaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və qarşıda duran prioritet vəzifələrin icrası istiqamətində atılan addımları diqqətə çatdırıb.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın rolundan danışaraq, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının bir illik fəaliyyətinin qənaətbəxş olduğunu nəzərə çatdırıb. Digər çıxış edənlər də ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən qlobal layihələrdən, ictimai işlərdə rayon ağsaqqallarının yaxından iştirakından, gənclərin ağsaqqal və ağbirçəkləri örnək kimi qəbul etmələri və ağsaqqallarla gənclər arasında mövcud qarşılıqlı hörmətdən söhbət açıblar.

 

Keçidlər