Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına köçə hazırlıq və məşğulluq üzrə İşçi qrupunun iclası keçirilib

27 fevral 2024 | 19:11
    Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyi və Cəbrayıl rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iclasda rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov, Prezidentin Xüsusi Nümayəndəliyinin, Dövlət Məşğulluq Agentliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul vəzifəli şəxsləri, Cəbrayıl şəhər, Horovlu və  Şükürbəyli kəndindən olan bir qrup sakinlər iştirak etmişdir.
    Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov iclası açaraq bu il Cəbrayıl şəhərinə ilkin olaraq əhalinin köçürülməsi prosesinə başlanacağını qeyd etdi, məskunlaşacaq sakinlərin məşğulluq məsələlərinin həllinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet istiqamət kimi qarşıya qoyulduğunu diqqətə çatdırdı. Məhz işçi qrupunun iclasının keçirilməsi əhalinin köçə hazırlanması və sakinlərin məşğulluq məsələlərinin həlli ilə bağlıdır. 
    Prezidentin Xüsusi Nümayəndəliyinin məsul işçisi Nicat Kərimov, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ülvi Abasquliyev, Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri Sənan Məmmədzadə, QMKİDK-nın məşğulluq sektorunun müdiri Kamran Ağamalıyev işğaldan azad olunmuş ərazilərdə tikilməkdə olan yeni yaşayış  məntəqələrində sakinlərin rahat yaşaması və münasib işlə təmin olunmaları üçün əvvəlcədən məşğulluq imkanlarının müəyyən edilməsi, müxtəlif peşələrə yiyələnmələri üçün peşə hazırlığı kurslarının təşkil olunması  kimi vacib məsələlərdən danışdılar. 
   Sonra isə İşçi qrupunun iclasında iştirak edən Dövlət Məşğulluq Agentliyinin ayrı-ayrı sahələr üzrə məsul əməkdaşları təqdimatda göstərilən videoçarxlarla işaxtaranların qeydiyyata alınması, məşğulluq imkanlarının qiymətləndirilməsi, iş və ya özünüməşğulluq tədbirlərinə cəlb olunması prosedurları barədə sakinlərə geniş və ətraflı məlumat verdilər.
    Səmimi və qarşılıqlı dialoq formasında keçirilən iclasda sakinlərin bütün sual və təklifləri dinlənilərək əməkdaşlar tərəfindən cavablandırıldı.
 
Keçidlər