Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl qəsəbələrində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib

05 sentyabr 2024 | 10:09

    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA Agentliyinin birgə dəstəyi ilə Cəbrayıl qəsəbələrində məskunlaşmış keçmiş məcburi köçkün ailələri üçün "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair təlim keçirilib.
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mütəxəssis və könüllülərinin “Qapı-qapı” formatında keçirdiyi təlimlərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində geri qayıdacaq sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdən ibarətdir. Təlim çərçivəsində AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyət sakinlərin yaşadıqları mənzillərdə olub, onlara zəruri məlumatlar verib, suallarını cavablandırıblar. Eyni zamanda qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə də sakinlərə ətraflı məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb.
    Qeyd edək ki, Mina və PHS təhlükəsi ilə bağlı bu ilin avqust ayınadək keçirilən maarifləndirici təlimlərə 23.000-dən çox məcburi köçkün cəlb olunub və digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər