Cəbrayıl məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğuru
25 aprel - 06 may 2025-ci il tarixlərdə Azərbaycan dili və ədəbiyyatı, kimya, fizika, riyaziyyat, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib.
Rayonun ümumtəhsil məktəblərindən 18 nəfər 9-11 sinif şagirdlərinin iştrak etdiyi Olimpiadaların final turunda 9 şagirdimiz böyük uğur qazanaraq qızıl, gümüş və bürünc medallarla təltif olunub.
Final iştrakçılarından 10 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Əliyeva İlkanə Alik qızı və Əzizli Sənay Ruslan qızı tarix fənni üzrə qızıl medalla, 8 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Musayeva Ceyran Zamiq qızı tarix fənni üzrə, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi Quliyeva Jalə Aqil qızı kimya fənni üzrə gümüş medalla, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi Fərhadlı Suqra Tofiq qızı kimya fənni üzrə, Tatar kənd tam orta məktəbin 9-cu sinif şagirdi Fətəliyev Nicat Xəqani oğlu coğrafiya fənni üzrə, İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdləri Ağayeva Nəzrin Xəyal qızı və Şahverdiyev Zaur Vidadi oğlu tarix fənni üzrə və Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbin 10-cu sinif şagirdi Əmrahov Vüsal Şaiq oğlu informatika fənni üzrə bürünc medala layiq görülüblər.
Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq.