Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurları

08 may 2026 | 10:36

    Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 18 aprel - 02 may 2026-cı il tarixlərdə xüsusi istedada malik şagirdlərin aşkarlanması, bilik və bacarıqlarının qiymətləndirilməsi, məktəblilərin həmin fənlərə maraqlarının artırılması məqsədilə Respublika fənn olimpiadalarının final turu keçirilib.
    Azərbaycan dili və ədəbiyyatı, kimya, fizika, riyaziyyat, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə keçirilən olimpiadaların Respublika turunda rayonun ümumtəhsil məktəblərindən 13 nəfər 8-11-ci sinif şagirdi iştrak edib və 7 şagird uğur qazanaraq gümüş və bürünc medallarla təltif olunub.
    Final iştrakçısı olmuş Cəbrayıl şəhər M.Mehdizadə adına tam orta məktəbin 8-ci sinif şagirdi İsmayılzadə Yusif Elnur oğlu, 10 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Həmzəyev Ramal Amil oğlu və 8 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Musayeva Ceyran Zamiq qızı tarix fənni üzrə gümüş medalla, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Quliyeva Jalə Aqil qızı kimya fənni üzrə, K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin 11-ci sinif şagirdi Həsənzadə Fərid İsmayıl oğlu riyaziyyat fənni üzrə, 10 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri Əzizli Sənay Ruslan qızı və Bəyişli Səməngül Natiq qızı tarix fənni üzrə bürünc medala layiq görülüblər.
    Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər