Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl məktəbliləri Memorial Soyqırım Muzeyini ziyarət ediblər

22 fevral 2024 | 09:40

    Tarixə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən artıq 32 il ötür. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə ağır hərbi texnika yeritmiş, şəhərin silahsız mülki əhalisini xüsusi amansızlıq və qəddarlıqla kütləvi sürətdə qətlə yetirmişdir. Soyqırım nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 həmvətənlimiz həlak olmuş, eləcə də 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.
   Azərbaycan xalqına qarşı ermənilər tərəfindən zaman-zaman törədilən belə amansız vəhşiliklərin yaddaşlarda daim yaşamasının təmin edilməsi, geniş kütlələrə çatdırılması, xüsusən də gənc nəslin bu barədə məlumatlandırılması, eləcə də vətənə sevgi və vətənpərvərlik hissinin gücləndirməsi məqsədi ilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Respublika Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyini ziyarət ediblər. Muzeydə məktəblilər erməni silahlı birləşmələri və 366-cı alayın 1992-ci il fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən tarixi sənədlər, fotolar, video mteriallar, xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu və digər eksponatlar, meyitlərin fotoşəkilləri eləcə də cinayətin izlərini özündə əks etdirən əşyalarla tanış olublar.

 

Keçidlər