Cəbrayıl məktəbliləri Bakının qədim Balaxanı qəsəbəsinə ekskursiya ediblər
01 mart 2024-cù il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayon nümayəndələrinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “Yalnız bir dünya” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin fəal şagirdləri Bakının qədim Balaxanı qəsəbəsinə ekskursiya ediblər.
Ekskuriya çərçivəsində məktəblilər Balaxanı qəsəbəsindəki tarixi memarlıq abidələri olan 17-ci əsrə aid Şah Səfi karvansarası, 1427-1428-ci illərə aid Şakir Ağa türbəsi, 1385-1386-cı illərə aid olan Hacı Şahla türbəsi, Məşədi Muğdar hamamı və evi (qızlar məktəbi), 19-cu əsrə aid Cümə məscidi, Papaqçı emalatxanası, 14-cü əsrə aid su ovdanı, 14-15 əsrə aid qum hamamı ilə ərtaflı tanış olublar.
Eyni zamanda məktəblilərə XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanının Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrildiyi və orada fəaliyyət göstərən neft şirkətləri, onların mədənləri, karxanaları haqqında da geniş məlumat verilib.
Ekskuriya məktəblilərdə böyük maraq doğurub.