Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl kümçüləri baramaçılığın inkişafına töhfələrini verməkdə davam edirlər

24 may 2024 | 14:42

    Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər Cəbrayıl rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
    Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən Cəbrayıllı kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Qax Damazlıq İpəkçilik Stansiyasından 125 qutu (2375 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Bu il rayonda 4750 kq yaş barama istehsalı nəzərdə tutulub. Hazırda ipəkqurdları son yaş dövründədir, yaxın on gündə yaş barama tədarükünə başlanılacaq.
    Baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Cəbrayıl kümçüləri yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.

 

Keçidlər