Cəbrayıl ictimaiyyətinə ağır itki üz verib
Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan istedadlı şair, publisist və Azərbaycan Yazıçılar Birliyinin üzvü, rayonumuzun ictimai-siyasi həyatında fəal rolu olmuş Mirzə Mirim oğlu Mirimov vəfat etmişdir.
1954-cü ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olmuş şair ömrünü ədəbiyyata, Vətən sevgisinə və pedaqoji fəaliyyətə həsr etmişdir. Doğma yurdu Cəbrayılın işğalından sonra məcburu köçkün kimi Biləsuvar rayonu ərazisindəki 2 saylı Cəbrayıl qəsəbəsində məskunlaşmış və Cəbrayıl rayonu 8 saylı tam orta məktəbində uzun müddət təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, tarix fənnini tədris edib.
Mirzə Mirimlinin vəfatı ailəsi, yaxınları və onu sevən hər kəs üçün böyük itkidir. Şairin işıqlı xatirəsi hər zaman qəlblərdə yaşayacaq, rayonun ictimai-siyasi həyatındakı rolu daim hörmət və ehtiramla yad ediləcək. Rayon İcra Hakimiyyətinin kollektivi adından mərhumun ailəsinə başsağlığı verir və Allah rəhmət eləsin deyirik.
Xatırladaq ki, tanınmış qələm sahibi “24 günün hünəri”, “Bu sevdanın sonu yoxmuş”, “Köçkün taleli məktəb”, “Yaşanmış ömrün işığı”(Hidayət Səfərli ilə birlikdə) kitablarının, bir sıra şeir almanaxlarının həmmüəlliflərindəndir.






