Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının hesabat yığıncağı keçirilib
25 iyul 2023-cü il tarixdə 11 saylı Cəbrayıl qəsəbə klubunda Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının bir illik fəaliyəti ilə əlaqədar hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Tapdıq Nəsirov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının direktoru Tahir Balakişiyev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, Füzuli rayonu üzrə mediator Gülnar Həsənova, Beyləqan ictiamiyyətinin ziyalısı Mehman Əliyev, rayonun Hüquq-Mühafizə Orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və rayon ictiamiyyətinin nümayəndələri iştrak ediblər.
Açılış nitqi ilə çıxış edən direktoru Tahir Balakişiyevin rayon təşkilatının bir illik fəaliyyəti ilə əlaqdar hesabatı dinlənilib. Çıxışı zamanı T.Balakişiyev mövcud problemlər və onların həlli istiqaməti, eyni zamanda görülən işlər və qarşıda duran tapşırıqların icrası barədə geniş məlumat verib.
Dinləmələr və məruzələr ətrafında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Tapdıq Nəsirov, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, Cəbrayıl DAİM-nin direktoru Şahin Şirinov, Füzuli rayonu üzrə mediator Gülnar Həsənova, Beyləqan ictiamiyyətinin ziyalısı Mehman Əliyev çıxış edərək Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının fəaliyyətini müsbət qiymətləndiriblər və gələcək işlərində uğurlar arzulayıblar.
Yekunda Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının direktoru T.Balakişiyev tədbir iştraklarına müzakirlərdə fəal mövqe nümayiş etdirdiklərinə görə minnətdarlığını ifadə edib.