Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Şişqaya və Daşbaşı faciəsi şəhidlərinin anım günüdür

15 avqust 2025 | 12:20

Tariximizin qanla yazılmış səhifələri var ki, hər dəfə xatırladıqca həm kədər, həm də qürur hissi yaşadır. 1992 və 1993-cü illərin 15 avqust  günləri hamımızın yaddaşına silinməz izlər buraxıb. 1992-ci ildə Şişqaya və 1993-cü ildə Daşbaşı istiqamətində gedən şiddətli döyüşlərdə rayonumuzun onlarla igid oğlu Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşub.

Onlar ailələrindən, gənclik arzularından, sevdiklərindən keçib torpaqlarımızı qorumağa qalxdılar. Bu yolda mərdliklə vuruşaraq ən uca zirvəyə – Şəhidlik məqamına ucaldılar. Onların qəhrəmanlığı və fədakarlığı bizə yalnız keçmişi deyil, gələcəyi də qorumağın nə qədər müqəddəs bir borc olduğunu xatırladır.

Şəhidlərimizin hər biri bir dastan, bir tarix, bir fəxarət mənbəyidir. Onlar Vətən adlanan müqəddəs torpağın simvoluna çevriliblər. Biz bu torpaqlarda azad, başıuca yaşaya biliriksə, bu, onların canı bahasına mümkün olub.

Uca Tanrıdan diləyimiz budur ki, bütün şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Qanları ilə suvardıqları bu müqəddəs torpaqlar üzərində daim sülh, birlik və qardaşlıq hökm sürsün.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər