Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasından 105 il ötür

10 mart 2025 | 17:01

     10 mart 2025-ci il tarixdə Cəbrayıl rayonunda fəaliyyətində hər zaman humanizm prinsipinə sadiq olan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 105 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin sədri Bəhruz Məmmədov və könüllülər iştirak ediblər.
     Əvvəlcə tədbir iştirakçıları mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dərin ehtiramlarını bildiriblər. Tədbir çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun təbriki cəmiyyət üzvlərinə çatdırılıb və 105 il şərəfli inkişaf yolu keçmiş, qocaman humanitar, qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin fəaliyyətindən geniş söhbət açılıb, könüllülərin rayonun sosial-ictimai həyatındakı rolu qeyd olunub. Bildirilib ki, könüllülük, xeyirxahlıq kimi nəcib keyfiyyətləri özündə daşıyan Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı gündən aztəminatlı ailələrə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara və s. həssas təbəqə sahiblərinə humanitar missiya çərçivəsində daim dəstək verir, yardımını əsirgəmir. Milli cəmiyyət özünün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatından bəhrələnən xüsusi humanitar missiyalı mandatı ilə dövlətin bu sahədə ən fəal yardımçısıdır.

Keçidlər