Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

01 may 2024 | 09:44

    Bu gün pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan maarifinə 20 ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş Mehdi Mehdizadənin əbədiyyətə qovuşmasından 40 il ötür.
    O, 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib .1941-ci ildə namizədlik, 1956-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və digər sahələrdə müxtəlif vəzifələrdə çalışmış Mehdi Mehdizadə 1961-ci ildə respublikanın xalq maarifi naziri seçilərək uzun müddət səmərəli fəaliyyət göstərib. SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olub.
    Görkəmli alim, pedaqoq, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin təhsilimizin, elmimizin inkişafında mühüm rolu olub. Müəllimliklə alimlik onun şəxsiyyətində daim vəhdət təşkil edib, bir-birini tamamlayıb, təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib.
    Nümunəvi həyat yolu keçmiş bu böyük şəxsiyyətin adı hər zaman ölkəmizin təhsil ictimaiyyəti arasında fərəhlə, iftixarla xatırlanır, dərin hörmətlə anılır.
    Ruhu şad olsun!

Keçidlər