“Böyük Qayıdış” Dövlət Proqramına əsasən Cəbrayıllıların öz doğma yurdlarında məskunlaşması davam edir
21 fevral 2025-ci il tarixdə Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan 27 ailə - 149 nəfər, Biləsuvar rayonundan 2 ailə - 11 nəfər, Xaçmaz rayonundan 1 ailə - 7 nəfər, Gəncə şəhərindən 1 ailə - 6 nəfər, Füzuli rayonundan 1 ailə - 6 nəfər və Şabran rayonundan 1 ailə - 4 nəfər olmaqla, cəmi 33 ailə - 183 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Nəzərinizə çatdırırıq ki, bu günə qədər ümumilikdə 512 ailə — 2293 nəfər sakinin Cəbrayıl şəhərinə köçürülməsi təmin edilmişdir ki, onlardan 357 ailə -1603 nəfər Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda, 116 ailə - 519 nəfər Biləsuvar rayonunda, 39 ailə - 171 nəfər isə digər şəhər və rayonlarda məskunlaşmış, keçmiş məcburi köçkün Cəbrayıl şəhər sakinləridir.