Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Müzeylər Günü” ilə əlaqədar məktəblilər İmişli Tarix-Diyarşünaslıq Müzeyinə ekskursiya ediblər

19 may 2025 | 11:33

    18 may 2025-ci il tarixdə “Beynəlxalq Müzeylər Günü” ilə əlaqədar Cəbrayıl rayon İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun və Uşaq Səfirlər Məclisinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəblilər İmişli Tarix-Diyarşünaslıq Müzeyinə ekskursiya ediblər.
    Ekskursiya zamanı şagirdlərə Azərbaycanın zəngin tarixi, adət-ənənələri, etnoqrafiyası barədə dolğun və geniş məlumatlar verilib. Çıxış edənlər gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında, tariximizin öyrənilməsində bu cür ekskursiyaların vacibliyini vurğulayıblar.
    Ekskuriya məktəblilərdə böyük maraq doğurub.

Keçidlər