Beyləqan rayonunda məskunlaşmış Cəbrayıl rayon sakinləri və şəhid ailələri ilə görüş keçirildi
22 aprel 2022-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Beyləqan rayonunun Qəhrəmanlı kəndində növbəti səyyar görüş-qəbul keçirmişdir. Səyyar qəbulda Beyləqan rayonund müvəqqəti məskunlaşan Cəbrayıl rayon sakinləri və şəhid ailələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov görüşdə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açmış, şəhid ailələri və qazilərə xüsusi diqqət göstərilməsinin vacibliyini qeyd etmişdir.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri problemlərini, həmçinin onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırılmışlar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, həlli məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verilmişdir.
Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərin problemlərinə xüsusi diqqət göstərdiyinə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirərək öz doğma yurdları Cəbrayıla qayıdacaqları günü səbirsizliklə gözlədiklərini qeyd etmişlər.