Beyləqan rayonu, Qəhrəmanlı kəndində məskunlaşan rayon sakinləri ilə səyyar görüş-qəbul keçirilib
16 iyul 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Beyləqan rayonu, Qəhrəmanlı kəndində məskunlaşan rayon sakinləri ilə rayonun Dağ Tumas kənd tam orta məktəbində səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları və ərazidə müvəqqəti məskunlaşan rayon sakinləri iştirak ediblər.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı əhalimizin rifahının daha da yaxşılaşması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Dövlət başçısı tərəfindən aparılan düzgün siyasət nəticəsində ölkəmizin daha da qüdrətlənməsi, işğaldan azad olunmuş torpaqlarımızda aparılan irimiqyaslı bərpa-quruculuq işləri və əhalimizin daimi məskunlaşmasının təmin edilməsi barədə ətraflı məlumat verib.
Rayon rəhbəri qəbula gələn vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Qəbulda qaldırılan məsələlərdən bir qismi yerindəcə həll olunub, digər məsələlər barəsində isə müraciət edən vətəndaşlara qanunamüvafiq izahatlar verilib.
Sakinlər respublikada və rayonumuzda görülən quruculuq işlərinə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






