Beyləqan rayonu Milabad qəsəbəsində səyyar görüş-qəbul keçirilib
23 may 2025-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Beyləqan rayonunun Milabad qəsəbəsində səyyar görüş-qəbul keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon əhalisi iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib. İcra başçısı rayon əhalisinin işğaldan azad olunmuş Cəbrayıl rayonuna etdiyi səfərlərdən, görülən quruculuq işlərindən, əhalinin rayona qayıdışından da geniş söhbət açıb.
Rayon rəhbəri qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.