Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu, Milabad qəsəbəsində məskunlaşan Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirildi

30 yanvar 2023 | 16:24

    30 yanvar 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov Beyləqan rayonu, Milabad qəsəbəsində yerləşən rayonun 21 saylı ümumi orta məktəbində Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və ərazidə yaşayan rayon sakinlərinin iştirak etdiyi tədbirdə İcra Hakimiyyətinin başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin həlli üçün bir qisminə izahat verilmiş, bəzi məsələlərin həlli isə nəzarətə götürülmüşdür.
    Cəbrayıl rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər