Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramınız mübarək, əziz qadınlar!

07 mart 2026 | 11:14

    Əziz xanımlar!

    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Azərbaycan qadını tariximizin keşməkeşli səhifələrinə öz adını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi həkk etdirib. Fəaliyyətlərini yaşadığı tarixi dönəmin tələblərinə uyğun quran qadınlarımız hər zaman dövrü proseslərdə yaxından iştirak edib, xalqımızın milli dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıblar. Öz ağlı, zəkası, uzaqgörənliyi, mərdliyi, saflığı və sədaqəti ilə tarixdə iz qoyublar.
    Müsəlman Şərqinin qadınları arasında ilk addımlarını maarifçilik və xeyriyyəçilik ideyalarının yayılması ilə başlasalar da, hazırda ictimai, sosial, siyasi proseslərin fəal iştirakçısıdırlar. Çox sevindirici haldır ki, bu ənənə müasir gənc xanımlarımız tərəfindən bu gün də lazımı səviyyədə qorunub saxlanılır və uğurla davam etdirilir.
    İnanırıq ki, Müstəqil Azərbaycanımızın qısa vaxt ərzində bütün sahələrdə qazandığı tarixi uğurlarda payı olan qadınlarımız bundan sonra da dövlətimizin inkişafına və yüksəlişinə öz layiqli töhfələrini verməkdə davam edəcəklər .
    Bayramınız mübarək!



    Kamal Həsənov

    Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı


    07 mart 2026-cı il

Keçidlər