Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın inkişafı məqsədilə yeni tut tingləri əkilir

29 dekabr 2022 | 16:14

    “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə dekabr ayında Bərdə rayonundan gətirilmiş 2000 ədəd tut tingindən 1400 ədədi ayrılmış yeni sahələrdə , 600 ədədi isə mövcud bağlarda seyrəkliyin bərpası üçün əkilmişdir. Tut tinglərinin əkini mütəxəssislərin nəzarəti altında aqrotexniki qaydalara uyğun həyata keçirilmiş, suvarılması və mühafizəsi təmin edilir.

Keçidlər